Fakültəmizdə müxtəlif klublar fəaliyyət göstərir: Diskussiya klubu, Gənc İstedadlar Klubu, İntellektual oyunlar klubu
Diskussiya klubu:
Klubun əsas məqsədi tələbələrin ixtisaslarına və gündəlik həyata dair aktual mövzulardan xəbərdar olması, məlumatlandırılması və tələbələrin mövzuları obyektiv şəkildə müzakirəsinin təmin olunmasıdır. Klub həmçinin kafedralar ilə yaxından əməkdaşlıq edərək elmi mövzuların müzakirəsini həyata keçirməkdir.
Gənc İstedadlar Klubu:
GİK-in əsas məqsədi xüsusi istedada malik tələbələrin üzə çıxarılması, bədii tədbirlərin və şənliklərin keçirilməsi, sərgilərin təşkil olunması, yaradıcılıq günlərinin keçirilməsidir.
İntellektual oyunlar klubu:
Klubun əsas məqsədi gənclər arasında bilik yarışlarının təşkil edilməsi, vaxtlarının səmərəli keçirilməsi, onların intellektual biliklərinin artırılmasıdır.