Magistratura

Magistratura ali peşə təhsilinin ikinci səviyyəsində təhsili davam etmək imkanıdır. Məzunlara  dövlət  diplomu  və magistr akademik dərəcəsi verilir. Magistr hazırlığı elmi-tədqiqat fəaliyyətinə yönləndirilir. Magistr proqramları ali peşə təhsil sistemində müvafiq sahələr üzrə  daha dərin peşə biliklərinin, bacarıq və vərdişlərin əldə edilməsini nəzərdə tutan və bir və ya bir neçə fəaliyyət (elmi-tədqiqat, elmi-pedaqoji) növləri üzrə hazırlığa istiqamətlənən  ali təhsilin ikinci səviyyəsi üzrə təhsil proqramlarıdır. Magistraturada təhsil magistrantın biliklərə yiyələnmə prosesində fəal olmasını nəzərdə tutur. Qəbul imtahanlarını uğurla vermiş bakalavrlar magistraturaya qəbul olunurlar.

Əlaqə
Akademik Zahid Xəlilov 23
Tel.: (+99412) 5390241 sep@bsu.edu.az
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət